1 Noyabr 2025 / 18:34

Trampın Venesueladakı məqsədi açıqlandı

ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronu devirməyi planlaşdıra bilər.

Tezadlar.az bildirir ki, “Axios” bu barədə mənbələrə istinadən məlumat verir.

“Bəzi xarici siyasət mütəxəssisləri prezidentin nəticədə narkotik qaçaqmalçılığında iştirak etdiyi iddia edilən başına 50 milyon dollar mükafat qoyulan lider Nikolas Maduronu devirmək niyyətində olduğunu ehtimal edirlər”, – nəşr yazır.

Bir müddət əvvəl “The Washington Post” qəzeti ABŞ-ın Venesuela sahillərinə göndərdiyi qüvvənin 16.000 əsgərə qədər ola biləcəyini təxmin etmişdi.

Bir müddət əvvəl Ağ Evin Venesueladakı hərbi hədəflərə zərbə endirmək qərarına gəldiyi bildirilmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!