Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Nəhayətş 2026-cı il parlament seçkilərindən əvvəl Erməni Apostol Kilsəsinin rəhbərliyində dəyişiklik baş verməlidir”. Tezadlar.az “Sputnik Armeniyaya istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.
“Xeyr, bunu (seçkilərdən-red.) əvvəl siyasiləşdirmək olmaz”, – deyə o, kilsə rəhbərinin dəyişdirilməsinin təxirə salınma ehtimalı ilə bağlı suala cavab olaraq vurğulayıb.
Simonyan bütün ermənilərin katolikosu II Qaregini “vaxtında” istefa verməyə çağırıb.
“O, başa düşməlidir ki, işlərin alternativi olmayan bir nöqtəyə çatmasına imkan verməməlidir. Alternativi olduğu müddətcə bu qərarı özü verə bilər”, – spiker deyib.