Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qarşıdan Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl 4 istirahət günü gəlir. Tezadlar.az xatırladır ki, bu barədə Nazirlər Kabinetinin də qərarı var. Beləliklə, bu il 8 noyabr Zəfər Günü şənbə, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü bazar gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bununla da 8, 9, 10 və 11 noyabr qeyri-iş günləri olacaq.
Xoş bayram istirahəti arzulayırıq!