3 Noyabr 2025 / 11:10

Göygöldə ucuz ölüm: avtoqəzada 2 gənc öldü, 2-ci yaralandı!

Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qızılca kənd sakinləri; – 2008-ci il təvəllüdlü Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanov xəsarət alıblar. Qəza zamanı ağır xəsarət alan daha iki nəfər – 2009-cu il təvəllüdlü İspi Alıyev və həmyaşıdı Elvin Qarayev hadisə yerində ölüblər.

Qeyd edək ki, avtomobil idarəetmədən çıxaraq aşıb. Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, hadisəyə səbəb gənc sürücünün diqqətsizliyi və təcrübəsizliyidir.

Elşad

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!