Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xalq şairi Zəlimxan Yaqub haqqında daha bir kitab işıq üzü görüb. Tezadlar.az xəbər verir ki, ehtiyatda olan polkovnik Elşad Həsənovun “Gənclik” nəşriyyatında işıq üzü görmüş bu kitabı “Zəlimxan Yaqub (xatirələr)” adlanır. Uzun illər Xalq şairi ilə yaxın dostluq münasibətində olan müəllif bu kitabında Zəlimxan Yaqubla bağlı xatirələrini qələmə alıb. Oxucular burada “Dostluğa və qardaşlığa aparan tanışlıq”, “Şair haqqında unudulmaz xatirələr” və “Əbədiyaşarılıq qazananlar” sərlövhəli maraqlı oçerklərlə yanaşı, şairin həyatının müxtəlif anlarını əks etdiriən tarixi fotoşəkillərlə də tanış ola biləcəklər. Kitabın redaktoru Zəlimxan Yaqub ədəbi irsinin tədqiqatçısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Xatırladaq ki, bu il Zəlimxan Yaqubun anadan olmasının 75 illik yubiley ilidir və ilin əvvəlində Musa Nəbioğlunun bu münasibətlə ərsəyə gətirdiyi üç kitab da oxuculara təqdim olunub.