Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Mançester Yunayted” (İngiltərə), “Bayer 04” (Almaniya) və “Ayaks” (Niderland) klubunun sabiq baş məşqçisi Erik ten Haq İngiltərənin “Vulverhempton” komandasına rəhbərlik edə bilər.
Tezadlar.az xəbər verir ki, niderlandlı mütəxəssislə yanaşı həmçinin Qari O”Nil komandanın sükanı arxasına keçmək üçün əsas namizədlər arasındadır.
Klub rəhbərliyi son nəticələrdən narazı qaldığı üçün portuqaliyalı baş məşqçi Vitor Pereyranı istefaya göndərib.
İngiltərə Premyer Liqasının on turundan sonra “Vulverhempton” cəmi 2 xal toplayaraq turnir cədvəlinin son pilləsində qərarlaşıb.
Erik ten Haqın son iş yeri Almaniyanın “Bayer 04” klubu olub. O, Bundesliqanın cəmi iki turundan sonra Leverkuzen təmsilçisindən uzaqlaşdırılıb.