Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“ABŞ İsraili dəstəkləməyə və Yaxın Şərq məsələlərinə müdaxilə etməyə davam etdiyi müddətdə bu ölkə ilə əməkdaşlıq mümkün deyil”.
Tezadlar.az xəbər verir ki, bu barədə İranın ali rəhbəri Əli Xamenei 1979-cu ildə Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümünə həsr olunmuş tələbələrlə görüşündə danışıb.
Xameneinin sözlərinə görə, Tehran və Vaşinqton arasındakı bütün ziddiyyətlərin “Amerikaya ölüm!” şüarında gizləndiyini düşünmək sadəlövhlükdür:
“İran İslam Respublikası və Birləşmiş Ştatlar arasındakı ziddiyyətlər – iki cərəyanın maraqlarının toqquşması və fundamental ziddiyyətlərdir”.