Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu il Sülh üzrə Nobel mükafatını qazanan venesuelalı siyasətçi Maria Korina Maçado ABŞ Prezidenti Donald Tramp administrasiyasını regionda hərbi eskalasiyaya çağırıb.
Tezadlar.az “The Latin Times” nəşrinə istinadən xəbər verir ki, onun fikrincə, bu, Venesuela lideri Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmağın yeganə yoludur.
Bundan əlavə, Maçado rejimin mümkün süqutundan sonrakı ilk 100 saat üçün konkret fəaliyyət planının olduğunu bildirib.
Qeyd edək ki, Maria Korina Maçado 2024-cü ildə Venesuelada keçirilən prezident seçkilərində müxalifətin vahid namizədi seçilib. Buna baxmayaraq, ölkənin Baş Müfəttişliyi tərəfindən dövlət vəzifəsində işləməsinə qadağa qoyulduğundan o, seçkilərdə başqa namizədlə əvəzlənib. 58 yaşlı siyasətçi 2025-ci ilin oktyabrında Sülh üzrə Nobel mükafatına layiq görülüb.