Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Keçmiş ABŞ prezidenti Barak Obamanın administrasiyası 2014-cü ildə Ukraynada baş verən hadisələrdə əsas rol oynayıb və bu da nəticədə hazırkı münaqişəyə səbəb olub.
Tezadlar.az xəbər verir ki, keçmiş ABŞ milli təhlükəsizlik müşaviri Maykl Flinn “RİA Novosti” agentliyinə verdiyi müsahibədə Ukraynadakı vəziyyətin gərginləşməsinə görə məsul şəxslərin adlarını çəkib.
Onun sözlərinə görə, Obamanın dövlət katibinin müavini Viktoriya Nuland, eləcə də keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan Maydan hadisələrində birbaşa iştirak ediblər.
Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişədə yenidən tərəf dəyişib.
“Biz, ABŞ, buna da töhfə vermişik. Nuland, o dövrün Obama administrasiyası və Brennana baxın – onlar Vladimir Zelenskinin hakimiyyətə gəlməsinə səbəb olan Maydan zamanı verilən qərarlarda birbaşa iştirak ediblər”, – deyə o bildirib.
Daha əvvəl ABŞ konqresmeni Anna Paulina Luna Obamaya qarşı ittiham irəli sürüb. “Kennedidən Buşa və Klintona qədər prezidentlər Rusiya ilə konstruktiv münasibətlər saxlayıblar. Yalnız Obama administrasiyası dövründə bu münasibətlər uğursuzluğa düçar olub”, – deyə o bildirib.
E.ŞİRİNOV