Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rəsmi Moskva Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında çərşənbə günü aparılan danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sənədin imzalanması barədə məlumatı təkzib edib.
“Xeyr, bu məlumat həqiqətə uyğun deyil”, – deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov KİV-də yayılan məlumatlara görə, xüsusən də sərhədin Sotk-Xoznavar hissəsində sülhməramlıların yerləşdirilməsi barədə sənədlərin imzalanıb-imzalanmayacağına dair jurnalistlərin sualını cavablandırarkən deyib. Eyni zamanda, Peskov vurğulayıb ki, Putin və Paşinyan arasındakı danışıqlarda Qarabağ mövzusu və orada yerləşdirilən Rusiya hərbçiləri ilə ikitərəfli münasibətlərlə əlaqəli məsələlər şübhəsiz müzakirə ediləcək. “Ancaq hər hansı bir sənədin imzalanması planlaşdırılmır”, – Rusiya prezidentinin sözçüsü bildirib.