Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Liverpul” komandası avrokuboklarda “Real Madrid”ə qarşı ən çox qalibiyyət qazanan komanda kimi tarixə düşüb.
Tezadlar.az xəbər verir ki, “Liverpul” “Real Madrid” üzərində beş dəfə qələbə qazanmaqla bu nailiyyətə yiyələnib.
Həmçinin ingilislər bu qələbə seriyasında qapılarını toxunulmaz saxlaya biliblər.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda baş tutan qarşılaşmada “qırmızılar” öz meydanlarında “Real Madrid” üzərində 1:0 hesabı ilə qələbə qazanıblar. Qarşılaşmada yeganə qolu “Liverpul”un yarımmüdafiəçisi Aleksis Mak Allister vurub.