…Uzun illərdir Dövlət büdcəsindən yardım alan qəzetlərə indiyədək on milyonlarla manat pul və imtiyazlar sərf olunub… İndi məlum olur ki, dünyanın qəzet oxuduğu, özü də sevə-sevə oxuduğu bir vaxtda, əksinə, Azərbaycanda qəzetlərin bağlanmasına, arxivə gömülməsinə dair təkliflər var.
Yaxşı, uzun illərdir büdcədən bu qədər vəsait xərclənən bir strateji sahədə milyonların itib-batmasını görən olmayıb? Bəs o pullar niyə sərf edilirdi? İnkişaf, səmərə olmayan yerə pul tökülür? “Təzadlar” həmişə bu məsələni yazıb və təkliflər də verib. Məsələn, bir sahəyə vəsait-kapital qoyulanda onun səmərəliliyi araşdırılır, ziyanlı, inkişafsız fəaliyyət olursa, dərhal məsrəfi saxlayıb yeni variantlar öyrənilir. Lakin Azərbaycanda uzun illərdir pul xərclənən bir sahənin-qəzetlərin səmərəliliyini öyrənən kimsə olmayıb. Ona görə də indi belə bir vəziyyət yaranmış oldu.
***
İndi üzdə olan jurnalistlərimizin bir qismi qəzetlərin bağlanmasını, digər bir qism isə bağlanmamasını təklif edir…
Gəlin onda bu sadə 2 suala cavab axtaraq:
-qəzetləri niyə bağlamalıyıq?
-bağlamaq istəmədiyimiz qəzet necə olmalıdır?
Asif MƏRZİLİ