6 Noyabr 2025 / 16:10

Bakı Slavyan Universitetində daha bir möhtəşəm konfrans düzənləndi-FOTO

Bu gün noyabrın 6-da Bakı Slavyan Universitetində (BSU) “Zəfər Həftəsi” çərçivəsində “Konstitusiya və Suverenlik İli” Tədbirlər Planına uyğun olaraq Zəfərin 5 illiyinə həsr olunmuş ” Azərbaycanın Yeni İnkişaf Konsepsiyası və Milli Kimlik ” mövzusunda konfrans keçirildi. Tezadlar.az xatırladır ki, konfransda BSU-nun rektoru Anar Nağıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatları Sahib Alıyev, Zahid Oruc, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının(DİA) rektoru Urxan Ələkbərov, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov, BSU-nun professor-müəllim heyəti, tələbələri və digər universitetlərin tələbələri də iştirak ediblər.

Çıxışlar alqışlarla qarşılanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!