Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin Diaspor İşləri Naziri bildirib ki, yəhudilər Nyu-Yorku tərk etməlidirlər.
O qeyd edib ki, HƏMAS tərəfdarının mer seçilməsi ilə onların həyatları daha da pisləşəcək.
İsrail Diaspor İşləri Naziri Amihay Çikli yeni mer seçildikdən sonra yəhudiləri Nyu-Yorku tərk etməyə çağırıb.
Tezadlar.az xəbər verir ki, sosial media səhifələrində o, müsəlman olduğunu bəyan edən Zöhran Mamdaninin dəfələrlə Fələstinə dəstəyini ifadə etdiyini qeyd edib.
“Bir vaxtlar universal azadlığı simvolizə edən bir şəhər açarlarını HƏMAS tərəfdarına, 25 il əvvəl üç min sakinini qətlə yetirən cihadçı- fanatiklərin fikirlərindən çox da fərqlənməyən bir şəxsə təhvil verib.(…) Nyu-York yəhudilərini İsraildə yeni yerlərini tapmağı düşünməyə çağırıram”, -deyə Amihay Çikli bildirib.
O, Mamdani seçildikdən sonra Nyu-Yorkun, xüsusən də şəhərin yəhudi icması üçün heç vaxt əvvəlki kimi olmayacağını vurğulayıb.
Siyasətçi əlavə edib ki, bu Amerika şəhəri uçuruma doğru sürüşməyə başlayıb.
“Bu gözəl şəhərdə azadlıq məşəli söndürülüb”, deyə İsrail naziri vurğulayıb.
Qeyd edək ki, 34 yaşlı Zöhran Mamdani ABŞ-ın ən böyük şəhəri olan Nyu-Yorkda keçirilən mer seçkilərində qalib gələrək şəhərin ilk müsəlman meri olub. Uqandanın paytaxtı Kampalada anadan olan Mamdani yeddi yaşında ailəsi ilə birlikdə Nyu-Yorka köçüb. Bronks Elmlər Liseyini bitirdikdən sonra Bovdoin Universitetində Afrikaşünaslıq üzrə bakalavr dərəcəsi alıb. Universitet illərində “Fələstində ədalət uğrunda tələbələr” kampus təşkilatını təsis edib.
Mamdaninin anası məşhur kinorejissor Mira Nair, atası isə Kolumbiya Universitetinin professoru Mahmud Mamdanidir. Onun hər iki valideyni Harvard Universitetinin məzunlarıdır.
Yeni mer 27 yaşlı suriyalı sənətçi Rama Duvaji ilə evlidir.
JASMİN