7 Noyabr 2025 / 00:45

Mərkəzi Asiyadan Azərbaycana səfər edənlərin sayı artıb – ilk yerdə Qazaxıstandır

Bu ilin yanvar-sentyabr aylarında Mərkəzi Asiya regionundan Azərbaycana 162,1 mindən çox vətəndaş səfər edib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz çoxdur.

Tezadlar.az  Dövlət Turizm Agentliyinin hesabatına əsasən xəbər verir ki, cari ilin sentyabr ayında qeyd edilən regiondan ölkəyə 20,3 mindən çox şəxs gəlib. Bu, 2024-cü ilin sentyabr ayına nisbətdə 27 faiz çox, cari ilin avqust ayına nisbətdə isə 9,5 faiz azdır.

2025-ci ilin sentyabr ayında Azərbaycana gələn turistlərin sayına görə Mərkəzi Asiya ölkələrinin sıaralaması belədir:

Qazaxıstan – 8795

Özbəkistan – 6772

Türkmənistan – 2607

Qırğızıstan – 1150

Tacikistan – 987

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!