7 Noyabr 2025 / 09:28

Orban Putin və Tramp arasında görüşün tezliklə mümkün olduğunu düşünür

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp tezliklə görüşə bilərlər. Bunun üçün iki tərəf Ukrayna münaqişəsi ilə bağlı mövqelərini razılaşdıraraq bir və ya iki məsələni həll etməlidir.

Tezadlar.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bu fikri “Magyar Nemzet” qəzetinə verdiyi müsahibədə bildirib.

“ABŞ-Rusiya danışıqlarında bir və ya iki məsələ hələ də həll olunmayıb. Əgər bunlar həll olunarsa, bir neçə gün ərzində Budapeştdə sülh sammiti keçirilə bilər”, – deyə Orban vurğulayıb və bu sammitin nəticədə Ukraynada sülhə gətirib çıxara biləcəyini bildirib.

Daha əvvəl Orban Trampın iştirakı ilə sammitin təşkili məsələsini müzakirə etmək üçün Putinlə telefon danışığı aparmağa hazır olduğunu bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!