Erməni bloger Natalya Aleksanyan erməni dilində maraqlı statusla çıxış edib. Tezadlar.az aşağıda Azərbaycan dilinə tərcüməsini təqdim edir: “Son vaxtlar Azərbaycandan Qarabağlılar tez-tez mənə yazıb həqiqəti yazdığım üçün təşəkkür edirlər. Bu gün Qarabağ paytaxtının keçmiş sakinləri Ağasaryanların ailəsi isə məndən Qarabağ generalları haqqında daha ətraflı yazmağımı xahiş etdilər. Yaxşı, bunu yazacağam. Buyurun: Oqanovski, Samvel Babayan, Vito Balasanyan və qrupun qalanlarını gördüyünüz bu fotoya baxın. Ümid edirəm ki, bu insanların qəhrəman olmadığını indi hamı başa düşdü. Saxta qəhrəmanlar!
– Bütün o keçmiş Qarabağlıları məyus edib demək istəyirəm ki, birinci Qarabağ müharibəsində əsl və layiqli qəhrəmanlar həlak olub və ya öldürülüb. Bu “generallar”ın adı gələndə isə bir vaxt deyilənlərin bütün başlıqları ya alınır, ya da efirdən götürülür. İstisnasız hamısı savadsızdır.
Onların hamısı soyğunçuluq, quldurluq, zorlama, qətl və narkotik satışı ilə məşğul olub. 2008-ci il martın 1-də hamısı İrəvana gəlib ki, İrəvan vətəndaşlarını öldürsünlər. 90-cı illərdə isə erməni məmurlarını aradan götürmək üçün qətllərə sifariş vermişdilər.
Diqqət edin, 44 günlük müharibə başlamamışdan əvvəl Samvel Oqanovski kim idi bilirsinizmi? Cəhənnəmdən xortlayan! Bako Sahakyan isə adi bir fəhlə idi. Bu hələ harasıdır, müharibədən əvvəl Samvel Babayan kim olub, bilirsinizmi? İstehsalat sexində işləyən adi bir fəhlə. Təsəvvür edirsiniz, o insanlar bir gün oxuyub-öyrənmədən general oldular! Onlar Qarabağda illərdir Leonid Azqaldyana, Melkonyan və Bekora abidələr ucaldıblar, sanki azərbaycanlılar tərəfindən öldürülüblər. Biabırçılıqdır, onlar öz oğullarını öldürüb azərbaycanlıları günahlandırdılar.
Əziz oxucular, bu generallar tərəfindən və onların sifarişi ilə çox oğlanlarımız qətlə yetirilib. Bu təmiz həqiqətdir.
Oxuyun və düşünün. Bir gün bu əclafların bir növ məhv etdiyi insanlar sübut edəcək.
Müəllif: Natali Aleksanyan”.