Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
TEZADLAR.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin mayın 9-a olan proqnozuna görə,
Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.
Axşam tədricən kəsiləcək. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-16° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-75 % olacaq.
Azərbaycanın rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.