Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tanınmış müğənni efirdə səsləndirdiyi sözlərlə izləyicilərin müzakirəsinə səbəb olub.
Tezadlar.az xəbər verir ki, sənətçi yaşlı qadınların ona eşq elan etməsindən danışıb. Onun sözlərinə görə, 60-70 yaşlı xanımlar ona zəng edərək keçmişdə dediyi sözləri xatırladırlar:
“70 yaşlı qadın zəng edir ki, sən o vaxt demişdin ki, məni sevirsən. Yaş oturub başlara, xarab olur. Deyirəm ki, sən artıq nəvə axtaran vaxtdasan, sevgi vaxtın deyil. 60-70 yaşlı qadınlar mənə eşq elan edirlər”.
Müğənni bildirib ki, bu cür hallar bəzən onu həm təəccübləndirir, həm də güldürür.
“Bir dəfə Zaurun verilişinə çıxan bir qadın olmuşdu. Sonradan sosial şəbəkədə yayıldı”.
Sənətçinin bu açıqlaması sosial şəbəkələrdə gülüş və maraqla qarşılanıb.