Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“mygov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara daha bir rəqəmsal xidmət təqdim olunub.
Bu barədə Tezadlar.az -a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.
Məlumata görə, “iş yerinə dair arayışın alınması” xidməti artıq “mygov” platformasında da istifadəyə verilib.
Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb.
Yeni xidmət vətəndaşlara iş yerlərinə dair arayışı birbaşa “mygov”dan əldə etməyə imkan yaradır. Hazırlanmış sənəd elektron formatda (PDF) yüklənir və təqdimata hazır olur. Arayışı viza, kredit, ipoteka və ya digər rəsmi məqsədlər üçün təqdim edilə bilər.
Xidmətdən istifadə qaydaları aşağıdakı kimidir:
Vətəndaş yaradılmış sənədi elektron formatda yükləyə və istənilən quruma təqdim edə bilər. Bundan əlavə, kənar qurumlar və ya şəxslər arayışın doğruluğunu QR kod vasitəsilə, sənəd nömrəsini daxil etməklə, həmçinin “my.gov.az” portalında “Sənəd axtarışı” bölməsi vasitəsilə onlayn şəkildə yoxlaya bilirlər.
Bu xidmətin istifadəyə verilməsi dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır. Yenilik sayəsində vətəndaşlar gündəlik əməliyyatlarını daha sürətli, şəffaf və rahat şəkildə həyata keçirə biləcəklər.