ABŞ Konqresi 1 sentlik sikkənin istehsalına son qoymaq üçün qanun layihəsini təsdiqləyib. Layihə ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanarsa, ölkədə 230 ildən çoxdur davam edən sentin istehsalı rəsmi olaraq dayandırılacaq.
Tezadlar.az xəbər verir ki, Senatda qəbul edilən qanun layihəsi son təsdiq üçün Prezident Trampa təqdim ediləcək.
SON SENT ZƏRB OLUNUB
ABŞ Zərbxanası artıq 2025-ci ilin noyabr ayında dövriyyə üçün sentlərin istehsalını dayandırmaq qərarına gəlmişdi.
Zərbxana həmin tarixdə dövriyyəyə buraxılacaq son 1 sentlik sikkənin zərb edildiyini bildirib.
ABŞ Zərbxanası sent istehsalının dayandırılmasının səbəbləri kimi 1 sentlik sikkənin ölkənin ehtiyaclarını ödəmək üçün artıq lazım olmadığını və istehsal xərclərinin artmasını göstərib.
İSTEHSAL XƏRCİ DƏYƏRİ ÇOX ARTIR
ABŞ Zərbxanası son 10 ildə sentin istehsal xərcinin əhəmiyyətli dərəcədə artdığını açıqlayıb. Müvafiq olaraq, 1 sentinlik sikkənin istehsal xərci 1,42 sentdən 3,69 sentə yüksəlib.
İLLİK 56 MİLYON DOLLAR QƏNAƏT GÖZLƏNİLİR
Sent istehsalı tamamilə dayandırılarsa, ABŞ-nin ildə təxminən 56 milyon dollar qənaət etməsi gözlənilir.
Qanun layihəsi Donald Tramp tərəfindən təsdiqlənərsə, ABŞ sikkə istehsalı tarixində əhəmiyyətli bir dəyişiklik olacaq.
ELBAR







