Əsas məzmuna keç

ABŞ BMT TƏHLÜKƏSİZLİK ŞURASINI YENİDƏN QURMAĞI PLANLAŞDIRIR

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynadakı münaqişə kimi silahlı münaqişələrin effektiv həlli üçün BMT Təhlükəsizlik Şurasının əsaslı şəkildə yenidən qurulmasını planlaşdırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.

Vaşinqton bu ölkələrə veto hüququ vermədən BMT Təhlükəsizlik Şurasına daha altı daimi yer əlavə etməyi təklif edir. Qeyd olunur ki, ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild artıq təşkilata üzv olan 193 ölkənin diplomatları ilə üzvlüklərin genişləndirilməsi ilə bağlı məsləhətləşmələr aparır.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini bəyan edib. Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı yeganə universal təşkilat olaraq qalır, lakin onun Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır.

Bundan əvvəl Braziliya prezidenti Luiz İnasiu Lula da Silva bildirib ki, BMT Təhlükəsizlik Şurasının Ukraynadakı münaqişəni həll etmək gücü yoxdur. Lula da Silva BMT Təhlükəsizlik Şurasını Ukrayna böhranı qarşısında aciz olduğuna görə qınayıb və dünyanın qərar vermək səlahiyyətinə malik quruma ehtiyacı olduğunu vurğulayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…