28 Noyabr 2025 / 13:18

ABŞ Cenevrədə yekunlaşdırılan sülh planının parametrlərini Rusiyaya təhvil verib – Peskov

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, bunlar gələn həftə müzakirə olunacaq

Vaşinqton Cenevrədə ABŞ-Ukrayna məsləhətləşmələrindən sonra düzəliş edilmiş Ukrayna üçün sülh planının parametrlərini Moskvaya göndərib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

O qeyd edib ki, “Əsas parametrlər təhvil verilib və gələn həftə Moskvada müzakirə keçiriləcək”.

23 noyabrda ABŞ və Ukrayna Vaşinqtonun 28 bəndlik “sülh planı” üzrə məsləhətləşmələr aparıblar. Dövlət katibi Marko Rubio görüşü münaqişənin “ən məhsuldar” görüşü adlandırıb. Ukrayna mediası Vaşinqton və Kiyevin planın böyük hissəsi üzrə razılığa gələ bildiklərini bildirib. Rubio qeyd edib ki, ABŞ Ukraynanın Avropaya inteqrasiyası və NATO üzvlüyü ilə bağlı müddəaları ayrıca danışıqlar yoluna ayırmağa razılaşıb.

Rusiya prezidenti Vladimir Putin Amerika planının Ukrayna nizamlanması üçün əsas təşkil edə biləcəyini bildirib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!