Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyul 2024 / 13:41

ABŞ-DAN SONRA ALMANİYA GÜRCÜSTANLA MÜNASİBƏTLƏRƏ YENİDƏN BAXACAQ

 Amerika Birləşmiş Ştatlarının ardınca Almaniya da Gürcüstanla münasibətlərinə yenidən baxmaq qərarına gəlib.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer bildirib. Səfir deyib ki, Almaniya Silahlı Qüvvələri NATO-nun Gürcüstanda keçirilən “Layiqli tərəfdaş” təlimində iştirakdan imtina edib: “Biz keçən il Tbilisidə keçirilən və bu yay Berlində keçirilməli olan böyük hüquq forumunu ləğv etdik. Növbəti addımları nəzərdən keçirəcəyik. Gürcüstan vətəndaşları Aİ-nin nə qədər vacib olduğunu düşünməlidirlər. Əgər bunu istəyirlərsə, yenidən yola qayıtmalı olacaqlar”, – deyə səfir əlavə edib. Peter Fişer, üzvlük prosesinin məhz Gürcüstan hökumətinin kursuna görə dayandırıldığını qeyd edib. Səfir Almaniyanın Gürcüstanla yeni maliyyə öhdəlikləri qəbul etmədiyini, alman ordusunun Gürcüstanla tərəfdaşlıqda iştirakını dayandırdığını əlavə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!