Əsas məzmuna keç

ABŞ-də baş verən atışmada 5 nəfər ölüb, yaralılar var…

Ötən gecə ABŞ-nin Miçiqan ştatında baş verən atışmada beş nəfər ölüb. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, polis atışma barədə məlumat daxil olduqdan sonra bir evə gəlib. Hadisə yerində üç nəfərin meyiti, bir yaralı aşkarlanıb, o, xəstəxanaya aparılıb. Hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Çad Hikmanı axtararkən polislər başqa evdə dördüncü ölünü aşkar ediblər. Daha sonra polis Hikmanın maşınını meşədə tapıb. Şübhəlinin və digər qurbanın meyitləri avtomaşının yaxınlığında tapılıb. Hadisənin başvermə səbəbləri araşdırılır. İstintaq ilkin ehtimalları araşdırır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…