Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya ilə ABŞ arasında növbəti görüş İstanbulda keçiriləcək. Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya ABŞ-la İstanbulda keçiriləcək görüşdə xarici işlər nazirliyi xətti ilə təmsil olunacaq. “Bizim tərəfimizdən bu, Xarici İşlər Nazirliyi xətti ilə olacaq. Buna uyğun olaraq, Xarici İşlər Nazirliyindəki həmkarlarımızdan məlumat gözləyin”, – Peskov vurğulayıb.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Moskva və Vaşinqtonun ikitərəfli münasibətlərdə qıcıq doğuran amilləri aradan qaldırmaq və təmasları normallaşdırmaq üçün yeni görüş hazırladığını bildirib. Onun sözlərinə görə, artıq İstanbulda bir görüş olub, indi ikinci görüş hazırlanır.
Dünyanın diqqət mərkəzində olan belə bir görüşün İstanbulda keçirilməsi bir daha Türkiyənin nüfuz göstəricisidir. Yeri gəlmişkən, Tramp bu gün “Türkiyə Suriyada heç kimin edə bilmədiyi şeyi etdi. Ərdoğan çox güclü və ağıllı adamdır.”- sözlərini elə-belə deməyib.
A.Məmmədli