ABŞ Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır. Bu fikirlər Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Prezident İlham Əliyevə təbrik məktubunda qeyd olunur.
Azərbaycana ixracatını 2024-cü ildə 1.8 dəfə, idxalını isə 8.4 dəfə artıran Birləşmiş Ştatlar ilə ölkəmiz arasındakı əməkdaşlığın yeni dönəmdə dərinləşəcəyi gözlənilir.
Tezadlar.az xəbər verir ki, bunu MM-in deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu, regionda dayanıqlı sülhün formalaşması və güclənməsinə töhvə verən faydalı əməkdaşlıqdır.
JASMİN