ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilmiş hüquqi rəydə qeyd olunur ki, Venesuelada əməliyyat planlaşdırılarkən prezident Nikolas Maduronun həyat yoldaşı Cilia Floresin ondan “daha aqressiv və davakar” olacağı nəzərə alınıb.
Tezadlar.az-ın məlumatına görə, sənəddə deyilir ki, birinci ledi “daha aqressiv və davakar olması ilə tanınır”.
Xatırladaq ki, 3 yanvarda Vaşinqton Venesuelaya kütləvi hücuma başlayıb. Prezident Nikolas Maduro və həyat yoldaşı Cilia Flores tutularaq Nyu-Yorka aparılıblar. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, cütlük “narkoterrorizm”lə məşğul olublar.
E.ŞİRİNOV







