Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya gələcək dəstəyi müzakirə etmək üçün qəflətən Kiyevə gəlib.
Tezadlar.az bildirir ki, bu barədə ABŞ-ın müdafiə naziri Ostin elə özünün “X” sosial şəbəkəsində məlumat paylaşıb. Sitat: “Müdafiə naziri kimi dördüncü dəfədir Ukraynaya qayıdıram və bununla da ABŞ-ın beynəlxalq ictimaiyyətlə birlikdə Ukraynaya dəstəyini davam etdirdiyini nümayiş etdirirəm”.
Ostin Ukraynanın silah ehtiyaclarını və gələn il ərzində ABŞ-ın Ukrayna Müdafiə Qüvvələrinə dəstəyi necə davam etdirə biləcəyini müzakirə etmək üçün prezident Vladimir Zelenski və müdafiə naziri Rustem Umerov ilə Kiyevdə görüşməyi planlaşdırır.
Müharibə isə davam edir. Ən utanverici hal isə budur ki, Rusiya SSRİ qoşunlarının tərkibində Ukrayna döyüşçüləri ilə birgə Alman faşistlərinə qarşı Kurskda qanlı döyüşə girmişdi… İndi isə Rusiya ordusu Kurskda Ukrayna döyüşçüləri ilə qanlı döyüşdədir…
A.Məmmədli