Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ ordusu Venesuela sahillərində qayıqlara hücum etmək üçün döyüş dronları və qırıcı təyyarələrdən istifadə edir.
Tezadlar.az bildirir ki, CNN bu barədə bir mənbəyə istinadən məlumat verib.
“Zərbələrin əksəriyyəti uzaqdan idarə olunan və adətən Hellfire raketləri ilə silahlanmış MQ-9 Reaper dronları vasitəsilə həyata keçirilir”, – mənbə bildirib.
Mənbənin sözlərinə görə, amerikalılar həmçinin pilotlu təyyarələr, xüsusən də F-35 qırıcıları və AC-130J hücum təyyarələri yerləşdirirlər. CNN qeyd edir ki, ABŞ qüvvələrinin əksəriyyətini Puerto Rikodakı hərbi bazadan yenidən yerləşdirib.
Daha əvvəl, USS Gerald Ford təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupu Venesuela sahillərinə gəlib. Daşıyıcı qrupun Karib dənizinə yerləşdirilməsi əmri ötən ay ABŞ prezidenti Donald Tramp tərəfindən verilib.
E.ŞİRİNOV