Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Avqust 2026 / 09:52

ABŞ-İran arasında gizli rabitə kanalı aşkarlandı

May ayında ABŞ prezidenti Donald Trampın administrasiyası İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) rəhbərliyi ilə danışıqlar təşkil etmək üçün Kürdüstan Regional Prezidenti Neçirvan Bərzana müraciət edib.

Tezadlar.az bildirir ki, bu barədə “Axios” məlumat verib.

“Vasitəçi olaraq onlar (Tramp administrasiyası – RED.) az adamın öyünə biləcəyi bir şeyə sahib olan İraq Kürdüstanının prezidenti Neçirvan Bərzanini seçiblər: həm ABŞ-ın, həm də İİKK rəhbərliyinin etimadına”, – deyə nəşr bildirir.

Nəşrin məlumatına görə, ABŞ-ın bu addımı Vaşinqtonun Tramp administrasiyasının “etimad göstərmədiyi” bir ölkə ilə danışıqlarda üzləşdiyi çətinliyi nümayiş etdirir. Nəşr qeyd edir ki, ABŞ üçün əsas çətinlik qərar qəbul edənlərlə dialoq qurmaq və həm Ağ Ev, həm də Tehranın etibar etdiyi vasitəçiləri tapmaqdır.

Əvvəllər keçmiş konqresmen Marjorie Taylor Greene Amerika liderlərinin İrana qarşı nüvə silahından istifadə ehtimalını müzakirə etdiyini bildirmişdi. Lakin keçmiş konqresmen öz iddiasını dəstəkləmək üçün heç bir dəlil təqdim etməyib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!