Əsas məzmuna keç

ABŞ-İran razılaşmasının şərtləri açıqlandı

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı yaratmaq imkanından imtina etməsi halında Tehranla razılaşma imzalamağa hazırdır. Bu barədə Trampın kürəkəni Cared Kuşner “Fox News” telekanalına müsahibəsində bildirib. Kuşnerin sözlərinə görə, İran ABŞ-la daha əvvəl müzakirə etdiyi razılaşmanı qəbul etməyə və nüvə silahı yaratmaq imkanından imtina etməyə hazır olarsa, Tramp saziş bağlamağa razıdır. O, hazırda İran tərəfinin Vaşinqton üçün məqbul olan şərtlərlə razılaşmaqda maraqlı görünmədiyini bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…