19 Avqust 2026 / 07:37

ABŞ İranla danışıqları dayandırdı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp administrasiyanın rəsmilərinə İranla danışıqları dayandırmağı tapşırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, ABŞ siyasi müttəfiqlərini strategiyadakı dəyişiklik barədə məlumatlandırıb.

“İranı mümkün qədər tez əzmək” yanaşması “Zamanla onu boğmaq” ideyası ilə əvəzlənib”, – deyə məlumatda vurğulanıb.

Həmçinin diqqətə çatdırılıb ki, Donald Tramp əvvəllər dəfələrlə danışıqların yaxşı irəlilədiyini və yeni razılaşmanın qaçılmaz olduğunu iddia etsə də, o, indi bu istiqamətdə diplomatik səylərin olmadığını deyib.

Eyni zamanda, vurğulanır ki, danışıqları bərpa etməzdən əvvəl ABŞ Prezidenti İran liderlərinin razılaşmaya nail olmaq istəyini nümayiş etdirməsini istəyir.

Qeyd edək ki, Donald Tramp ABŞ-nin İranla danışıqlar aparmadığını və bununla bağlı planlarının da olmadığını bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!