Ukrayna tərəfi Donald Tramp administrasiyasının dialoq qurmaq və sülh razılaşmasına nail olmaq cəhdlərini görməzdən gəldiyi üçün ABŞ 2026-cı ildə Ukraynaya 400 milyon dollar ayırmaq fikrindən imtina etməlidir.
Tezadlar.az xəbər verirki, Konqres üzvü Anna Paulina Luna bunu sosial media platformasında yazıb.
“Konqresin hələ də onlara maliyyə ayırması dəhşətlidir. Bunun NDAA-dan (Milli Müdafiə Səlahiyyəti Qanunu – RED.) çıxarılmalıdır”, – deyə o yazıb.
Bundan əlavə, konqres üzvü ölkədəki ciddi korrupsiya problemlərini qeyd edərək, son zamanlar baş verən yüksək səviyyəli qalmaqala istinad edib. Luna Kiyev rəsmilərinin dövlət vəsaitlərini şəxsi varlanma üçün istifadə etdiyinə və bununla da Qərb yardımının effektivliyini şübhə altına aldığına əminliyini bildirib.
Daha əvvəl ABŞ-ın 2026-cı ildə Ukraynaya dəstək üçün 400 milyon dollar xərcləyəcəyi bildirilmişdi. Bu, ABŞ-ın müdafiə xərcləri haqqında qanun layihəsində açıqlanmışdı.
E.ŞİRİNOV

