ABŞ Ordu Katibi Daniel Driskoll bu həftə Kiyevə gələcək.
Tezadlar.az bildirir ki, bu barədə strana.ua-ya istinadən Ukrayna prezidenti Vladimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
O, Ukrayna tərəfinin “qan tökülməsinə son qoymaq üçün lazımi addımları yekunlaşdırmaq” üçün “mümkün qədər tez işləməyə” hazır olduğunu bildirib.
Bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiven Uitkoffa Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyi tapşırmışdı.
E.ŞİRİNOV







