Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran vurulan ABŞ F-15E qırıcı təyyarəsinin pilotunu xilas etməyə gələn ABŞ nəqliyyat təyyarələrinin “İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu və ABŞ-ın öz əsgərlərini bombaladığını” açıqlayıb
İran Silahlı Qüvvələrinin müharibə aparan bölməsi olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü polkovnik İbrahim Zülfiqari İran tərəfindən vurulduğu iddia edilən ABŞ nəqliyyat təyyarələri ilə bağlı açıqlamalar verib.
Tezadlar.az bildirir ki, Xətəm əl-Ənbiya Mərkəzi Qərargahının açıqlamasına əsaslanan İran mediasının xəbərlərinə görə, Zülfiqari “ABŞ təyyarələri İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vuruldu və ABŞ öz əsgərlərini bombaladı” deyib.
Zülfiqari bildirib ki, “ABŞ prezidenti Donald Tramp çətin vəziyyətdədir və ABŞ ordusunun məğlubiyyəti təbliğat səyləri ilə kompensasiya edilə bilməz”.
E.ŞİRİNOV