Bu gün aramsız yağan yağışlar bu dəqiqələrdə Bakının Xətai rayonunun Keşlə qəsəbəsinin M.Ə.Sabir küçəsində sakinlərini çıxılmaz vəziyyətə salıb. Tezadlar.az-ın elektron poçtuna göndərilən videogörüntülər dəhşət saçır. Şikayətçilər yazır ki, bu ərazi yağış yağan kimi oxşar dəhşətləri yaşadır: “…Hazırda kanalizasiya suları evlərə dolmaqdadır, FHN əməkdaşları hadisə yerindədir… Amma sual olunur: niyə ancaq yağış yağanda tədbir görmək, kanalizasiya lüklərini açmaq yada düşür? Bir dəfə subasma olması dərs olmur, nəticə çıxarmağa bəs etmir???”.
Vəziyyət həqiqətən də biabırçıdır.
Əlavə məlumat veriləcək…
A.Məmmədli







