Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Trampın söhbəti Rusiya dövlətinin başçısının qələbəsidir.
Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazır.
“Bazar ertəsi Putinlə telefon danışığından sonra Prezident Tramp Ukrayna və Rusiya arasında birbaşa sülh danışıqlarını alqışladığını, münaqişəni tez bir zamanda bitirmək barədə əvvəlki vədindən faktiki olaraq imtina etdiyini söylədi”, – nəşrin müəllifi öz fikirlərini bölüşərək, iki lider arasındakı söhbəti Rusiya prezidenti üçün uğurlu adlandırıb.
Nəşrin köşə yazarının sözlərinə görə, Putinin hərbi əməliyyatların dayandırılması ilə bağlı qəti mövqeyi təkcə Ukrayna və Avropa İttifaqının deyil, həm də ABŞ-ın təzyiqlərinə tab gətirdi.
Mayın 19-u axşam saatlarında Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Söhbət iki saatdan çox davam edib.
Nəticədə, Ağ Ev sahibinin bəyan edib ki, tərəflər razılaşıblar ki, Rusiya Federasiyası və Ukrayna hərbi əməliyyatları dayandırmaq üçün dərhal danışıqlar prosesinə başlayacaq, sazişin parametrlərini birbaşa Moskva və Kiyev müəyyənləşdirəcək və silahlı qarşıdurmaya son qoyulması şərtlərinin müzakirəsinə ən qısa zamanda başlanacaq.
E.ŞİRİNOV