Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sovet (Rusiya) MiQ-1.44 təyyarə layihəsinin “uğursuzluğu” Çinə beşinci nəsil J-20 qırıcısını yaratmağa kömək edə bilərdi.
Tezadlar.az xəbər verir ki, bu barədə Amerikanın “19FortyFive” nəşri yazır.
“Çin J-20 stels qırıcısının kökləri uğursuz Sovet MiQ-1.44 layihəsində ola bilər. Soyuq Müharibə dövründə hazırlanmış MiQ-1.44 beşinci nəsil delta qanadlı, qabaqcıl avionika və stelsli qırıcı kimi düşünülmüşdü”, – nəşr yazır.
SSRİ-nin dağılmasından sonra layihəsi “büdcə məhdudiyyətləri səbəbindən ləğv edilən” MiG-1.44-ün “uğursuzluğunun” nəticələrini qiymətləndirən müəllif İsaak Seitz iddia edir ki, “çarpıcı vizual oxşarlıqlar və rus mənbələri Çin mühəndislərinin MiQ dizayn və texnologiyalarından istifadə etdiyini və onları J-20-yə daxil etdiyini” göstərir.
Qeyd edək ki, nəşrdə müşahidəçi MiQ-1.44-ü Amerika F-22 qırıcısının rus versiyası adlandırır.
E.ŞİRİNOV