Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı Avropa müttəfiqlərinə bildirib ki, ABŞ Ukrayna üçün hər hansı təhlükəsizlik zəmanətinə razılıq verməzdən əvvəl sülh razılaşması istəyir.
Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, Rubio Avropa tərəfdaşlarına ABŞ prezidenti Donald Trampın daha sonra Ukrayna üçün təhlükəsizlik hissi verəcək uzunmüddətli təhlükəsizlik zəmanətləri barədə danışıqlar aparacağını bildirib. Lakin dövlət katibi Kiyev üçün təhlükəsizlik zəmanətləri barədə ətraflı məlumat verməyib.
26 noyabrda “The Hill” qəzeti adı çəkilməyən ABŞ rəsmisinə istinadən Trampın Ukrayna üçün yeni 19 maddəlik planının Konqresdə müqavimətlə qarşılaşa biləcəyini bildirib. Respublikaçı qanunvericilər arasında yeni planın Kiyevdən əhəmiyyətli güzəştlər tələb edən orijinal versiyaya bənzəyəcəyi ilə bağlı narahatlıqlar var.
Daha əvvəl Rusiya nümayəndə heyətinin üzvü bildirib ki, Trampın mövqeyi sülh üçün ümid verir.
E.ŞİRİNOV