Əsas məzmuna keç

ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldilər

Pakistan hökumət mənbələrinə görə, ABŞ və İran gələn həftə başa çatacaq 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəliblər. Sazişin tərəflər arasında davam edən danışıqlar üçün vaxt qazandıracağı gözlənilir.

Tezadlar.az xəbər verir ki, vasitəçilər İran və ABŞ arasında mesaj mübadiləsini davam etdirirlər.

Bu kontekstdə Tehranda olan Pakistanın daxili işlər naziri İran prezidenti Məsud Pəzəkyanla da görüşüb.

Anadolu Agentliyinin məlumatına görə, Vaşinqton və Tehran atəşkəsin uzadılması barədə razılığa gəliblər.

İki ölkə arasında 17 iyunda imzalanan Pakistan Anlaşma Memorandumu çərçivəsində atəşkəs gələn həftə başa çatır.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…