8 Aprel 2026 / 01:45

ABŞ və İrandan nə xəbər gələcək?

Yaxın gələcəkdə İran və ABŞ-dan “xoş xəbər” gözlənilir.

Tezadlar.az xəbər verir ki, CNN bu barədə Pakistan mənbəsinə istinadən məlumat yayıb.

“Regional mənbə “tezliklə hər iki tərəfdən xoş xəbərin gələcəyini” və danışıqların birbaşa Pakistan Ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Munirin apardığını bildirib”, – xəbərdə deyilir.

Mənbə 8 aprel gecəsi razılaşmanın bağlana biləcəyini vurğulayıb.

Trampın İranı məhv etmək barədə açıqlamalarında qəribə bir siqnal var idi.

Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp bütün İran sivilizasiyasının yaxın gələcəkdə məhv edilə biləcəyini bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!