Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


ABŞ silahlı qüvvələri Yəməndə nəzarəti altında olan “Husilər”in beş silah anbarına hücum edib.
Tezadlar.az “ABC News”-ə istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.
“ABŞ Mərkəzi Komandanlığı qüvvələri, o cümlədən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 bombardmançıları Yəmənin nəzarətində olan ərazilərdə İranın dəstəklədiyi “Husilər”in silah anbarlarına çoxsaylı hava hücumları həyata keçirib”, – ABŞ-ın müdafiə naziri bildirib.
Onun fikrincə, bu zərbələr “Husilər”in gələcək “sabitliyi pozan hərəkətlər” etmək potensialını azaldacaq və Amerika ordusunun təhlükəsizliyini təmin edəcək. Ostin vurğulayıb ki, Vaşinqton Qırmızı dənizdəki gəmilərə hücumları dayandırmaq üçün “hərəkət etməkdən çəkinməyəcək”.
Bundan əvvəl Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının “Husilər”i Təl-Əviv və Eylatdakı hədəflərə hücum etmişdi. Hərəkatın hərbi sözçüsü Yəhya Saria hücumlarda “Jaffa” və “Səməd-4” raketləri və pilotsuz təyyarələrdən istifadə edildiyini vurğulayıb.
E.ŞİRİNOV