Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“ABŞ administrasiyası gələn həftə Ukrayna Prezidenti Volodimir Zelenskiyə münaqişənin həlli ilə bağlı sazişə razılıq verməsi üçün əlavə təzyiq göstərəcək”. Tezadlar.az xəbər verir ki, bu barədə “Vaşinqton post”un saytındakı məqaləsində bildirilir. Və yazıda qeyd olunur ki, Zelenski “ən çətin dövrlərindən birinə” daxil olub və onu ən yaxın köməkçisi, Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermakı əhatə edən korrupsiya qalmaqalı fonunda “siyasi təhlükə” izləyir. Nəşrin qiymətləndirməsinə görə, qarşıdan gələn həftə Zelenskini ABŞ tərəfindən yeni təzyiq raundu gözləyir və Vaşinqton onun sülh razılaşmasına yaxınlaşmasını tələb edəcək.
Ukrayna prezidenti isə deyib ki, ABŞ məni yox, Ukrayna xalqını razı salmalıdır, Rusiya işğal etdiyi əraziləri tərk etməlidir.
A.Məmmədli