Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Dekabr 2025 / 14:16

ABŞ Zelenskiyə ultimatum verib?

Vaşinqton Ukrayna prezidenti Vladimir Zelenskiyə ABŞ təhlükəsizlik zəmanətlərini qəbul etməsi üçün təzyiq göstərir, əks halda, Kiyev onları itirəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşrin müəlliflərinə görə, ABŞ təklif olunan 5-ci maddə tipli NATO zəmanətlərini “platin standartı” hesab edir.

ABŞ administrasiyasındakı mənbə qeyd edib ki, təklif sülh danışıqlarında “Ukrayna və Avropa üçün bu günə qədər ən böyük qələbə” olub.

ABŞ rəsmisi əlavə edib ki, Rusiyanın buna razı olması ehtimalı azdır, çünki Ukraynanın NATO-ya daxil olmaması əsas məsələdir.

“Buna baxmayaraq, prezident Tramp Rusiyanı NATO-nun 5-ci maddəsinə bənzər zəmanətləri qəbul etməyə inandıra biləcəyinə inanır”, – deyə o əlavə edib.

Təhlükəsizlik zəmanətlərinin təfərrüatları hələ dərc olunmayıb. Lakin 14-15 dekabr tarixlərində Berlin danışıqlarından sonra Avropa liderləri Ukrayna üçün təhlükəsizlik zəmanətlərini ehtiva edən birgə bəyanat yayıblar. Onlar Ukrayna Silahlı Qüvvələrinin sayının 800.000 nəfər olaraq qalmalı, Ukraynanın AB-yə qəbul edilməli və ABŞ və beynəlxalq ictimaiyyətin rəhbərlik etdiyi atəşkəs monitorinqi və yoxlama mexanizmi yaradılmalı olduğunu bildiriblər. Avropalılar həmçinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri təmin etmək üçün “çoxmillətli qüvvə” yaratmağa hazır olduqlarını bəyan ediblər.

Qeyd etmək lazımdır ki, Amerika rəsmiləri Ukrayna üçün sülh müqaviləsinin 90%-nin artıq razılaşdırıldığını iddia edirlər. Lakin ərazi güzəştləri və Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarət məsələsində kompromis əldə edilə bilməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!