…Məktəb məbədgahdır, çünki orda təkcə bu günün nəsli-nəcabəti deyil, həm də gələcəyin adamları yetişir. Bəs gələcəyin bu adamlarını yetişdirən məkan və o məkanın sahibləri-idarəçiləri necə nümunə göstərir şagirdlərinə?
Təəssüflər olsun, bəzən məktəblərdə nəinki nümunəviliyin, əksinə, nümunəsizliyin şahidi oluruq…
***
Budur, sosial şəbəkə istifadəçilərindən Q.Məmmədov belə bir status paylaşıb: “…Hicab, dırnaqlar (caynaqlar), yoxsa Siciliya adalarında kef çəkmək dünyəvilik prinsipini pozur?
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın dırnaqları təhsil idarəsinin rəhbərinə uyğundurmu, cənab nazir Emin Əmrullayev?”.
Bəli, tamamilə haqlı iraddır, belə geyim forması və təqdimat qəti yolverilməzdir…
A.Məmmədli







