Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 Dekabr 2025 / 22:40

Abşeronda qadın araq şüşəsini ərinin başında sındırdı

Abşeronda qadın araq şüşəsini ərinin başında sındırıb.

Tezadlar.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində, cütlüyün kirayə yaşadığı evdə qeydə alınıb.

İttiham aktına görə, 41 yaşlı Sevinc İsayeva (ad və soyad şərtidir) qeyri-rəsmi yaşadığı şəxslə gecə spirtli içki içib. Qadın səhərə yaxın, saat 5 radələrində yatmaq istəyəndə əri ona yaxınlaşaraq, cinsi əlaqə istəyib. Lakin Sevinc buna etiraz edib və ərini sinəsindən vuraraq, itələyib. Daha sonra masanın üzərindəki boş araq şüşəsini kişinin başında sındırıb. Zərbənin təsirindən zərərçəkən huşunu itirərək, yerə yıxılıb və bir sıra xəsarətlər alıb.

Hadisə ilə bağlı qadın saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Qadın ifadəsində bildirib ki, əvvəlki nikahından 2 övladı var. 3 ildir ki, zərərçəkənlə ər-arvad münasibətində yaşayır. Hadisədən sonra zərərçəkən əri Abşeron rayon Polis İdarəsinə şikayət edib. Sevinc İsayeva əməlindən peşman olduğunu deyib və bunu nəzərə alaraq, barəsində yüngül cəza verilməsini istəyib.

Abşeron rayon Məhkəməsinin qərarı ilə Sevinc İsayevaya 1000 manat cərimələnib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!