Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tramp administrasiyası Baş nazir Binyamin Netanyahunun reytinqinin azalması fonunda İsrail müxalifətinin nümayəndələri ilə gizli əlaqələr qurmağa başlayıb.
Tezadlar.az bildirir ki, “Axios” bu barədə məlumatlı mənbələrə istinadən məlumat verir.
Portala görə, Ağ Ev 27 oktyabrda keçiriləcək İsrail seçkilərinin nəticələrindən asılı olmayaraq Yaxın Şərq təşəbbüslərinin həyata keçirilməsini təmin etməyə çalışır.
Müxalifət nümayəndələri qarşılıqlı tanışlar, donorlar və siyasi müttəfiqlər vasitəsilə Trampı neytral qalmağa çağırıblar. Amerika liderinin özü hələ Netanyahunun namizədliyini açıq şəkildə dəstəkləməyib.
“Axios”a görə, son sorğular Netanyahunun koalisiyasına Knessetdə 49-53 yer verir, keçmiş Baş Qərargah rəisi Qadi Eisenkotun rəhbərlik etdiyi müxalifət isə 67-70 yer qazana bilər.
Vaşinqton 2019-cu il siyasi böhranının təkrarlanmasından qorxur. Portal ABŞ üçün əsas məsələlər kimi Qəzzada HƏMAS-ın tərksilah edilməsini və Səudiyyə Ərəbistanı ilə razılığa gəlməyi göstərir.
Mənbələr həmçinin iddia edirlər ki, Tramp İsrail baş nazirinin siyasəti və qərarlarından getdikcə daha çox məyus olur.
ELBAR