8 Aprel 2026 / 01:23

Ağ Ev Pakistanın çağırışına nə cavab verəcək?

Ağ Evin sözçüsü Karolin Livit bildirib ki, prezident Donald Tramp Pakistanın ABŞ-a İrana verilən müddəti iki həftə uzatmaq çağırışından xəbərdardır və onlar bu çağırışa cavab verəcəklər.

Ağ Evin sözçüsü Livit Pakistanın Baş naziri Şahbaz Şərifin ABŞ Prezidenti Donald Trampın İrana verdiyi son tarixlə bağlı etdiyi çağırışa münasibət bildirib.

Tezadlar.az xəbər verir ki, məsələ ilə bağlı “New York Times” (NYT) qəzetinə danışan Livitt Trampın Pakistanın son tarixi iki həftə uzatmaq çağırışından xəbərdar olduğunu bildirib və “Bu məsələ ilə bağlı cavab veriləcək” deyib.

Qeyd edək ki, Pakistanın Baş naziri Şərif verdiyi açıqlamada ABŞ prezidenti Trampı İrana verilən son tarixi iki həftə, İran hökumətini isə Hörmüz boğazını iki həftə açmağa çağırıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!