Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 May 2025 / 14:12

Aİ Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq etməmək qərarından şoka düşüb

Avropa liderləri ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək istəməməsi ilə bağlı bəyanatından, həmçinin Rusiya lideri Vladimir Putinə qarşı hörmətli tonundan “təəccüb və şoka düşüblər”.

Tezadlar.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp bunu Almaniya, İtaliya, Finlandiya və Fransa liderləri Vladimir Zelenski, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə söhbəti zamanı deyib.

Portalın mənbələrinə görə, Zelenski bu söhbəti pis hesab edib. Bu, Trampın Putinlə telefon danışığından dərhal sonra baş verib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!